ABŞ İranın daha bir komandirini öldürməyə cəhd edib - Foto
Tarix: 10-01-2020 23:54 | Bölmə: Siyasət
ABŞ İranın daha bir komandirini öldürməyə cəhd edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandiri, general Qasım Süleymani öldürülən gecə ABŞ hərbçiləri həmin briqadanın Yəməndəki komandirini də məhv etməyə cəhd göstəriblər.

Reyting.az
bildirir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ-ın 4 rəsmi şəxsinə istinadla məlumat yayıb.

Bildirilir ki, söhbət Abdulla Reza Şahlaidən gedir.

Qəzetin dəqiqləşdirdiyinə görə, adıçəkilən şəxs İnqilab Keşikçiləri Korpusunun maliyyə məsələləri və elit qüvvələri üzrə mütəxəssisidir və Yəməndə aktiv fəaliyyətlə məşğuldur.

ABŞ İranın daha bir komandirini öldürməyə cəhd edib

Qəzetin xəbərində qeyd edilir ki, Reza Şahlainin məhv edilməsi üzrə əməliyyat uğursuz alınıb.

Süleymani yanvarın 3-də Bağdad hava limanı rayonunda prezident Donald Trampın əmri ilə ABŞ Hərbi Hava Qüvvələrinin raket zərbələri ilə məhv edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər