İran vitse-prezidentindən etiraf: “Bu, milli fəlakətdir”
Tarix: 11-01-2020 15:14 | Bölmə: Siyasət
İran vitse-prezidentindən etiraf: “Bu, milli fəlakətdir”

İranın Birinci vitse-prezident Ukrayna təyyarəsinin insan səhvi ilə vurulduğu, qəzanın ağır və milli bir fəlakət olduğunu söyləyib.

Reyting.az
“Farsnews”-a istinadla xəbər verir ki, İshaq Cahangiri tvitində yazıb: “Bir insanın səhvi ucbatından Ukrayna təyyarəsinin qəzaya uğraması ciddi və milli fəlakətdir".

Tvitin davamında o, yazıb: “Onun miqyasını daha dərindən dərk etmək üçün biz özümüzü bu faciənin qurbanları olan İran vətəndaşları və qeyriləri arasına qoymalıyıq. Bu zərərli səhvin səbəb və nəticələrini ciddi şəkildə və şəffaf təqib etməyə ehtiyac var. Mən özümü bütün yaslı ailələrin və geniş ictimaiyyətin tərəfdaşı hesab edirəm”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər