BMT üzvü olan 7 dövlət səsvermə hüququnu itirib - Siyahı
Tarix: 12-01-2020 18:36 | Bölmə: Siyasət
BMT üzvü olan 7 dövlət səsvermə hüququnu itirib

BMT üzvlük haqqını ödəmədiyi səbəbindən 7 dövlətin səsvermə hüququndan məhrum olunması haqqında qərar qəbul edib.

Reyting.az xarici KİV-ə istinadla məlumat verir ki, bunlar Livan, Venesuela, Mərkəzi Afrika Respublikası, Qambiya, Lesoto, Tonqa və Yəməndir.

BMT Baş Assambleyasının mətbuat xidmətinin məlumatına görə, qərar iqtisadi səbəbdən qəbul olunub. BMT Nizamnaməsinin 19-cu maddəsinə görə, hər hansı ölkənin borcu son iki ilin ödəmə həcmini keçərsə, həmin ölkə Baş Assambleyada səsvermə hüququnu itirir.

Adları çəkilən ölkələr siyasi fonda iqtisadi böhran keçirir. Məsələn, Yəməndə vətəndaş müharibəsi gedir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər