Səfir Litzenberger: “ABŞ Azərbaycanda növbədənkənar parlament seçkilərini yaxından izləyir”
Tarix: 17-01-2020 11:51 | Bölmə: Siyasət
Səfir Litzenberger: “ABŞ Azərbaycanda növbədənkənar parlament seçkilərini yaxından izləyir”

“ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

Səfir deyib ki, fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədin, gənclərin və qadınların, həmçinin yeni simaların deputatlığa namizədliyinin qeydə alınmasını görməkdən məmnundurlar: “Seçkiqabağı təşviqat kampaniyası yeni başlayır. Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcək, seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər