17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Hakim partiya ödənişsiz efir vaxtından imtina edib
Tarix: 17-01-2020 14:25 | Bölmə: Siyasət
Hakim partiya ödənişsiz efir vaxtından imtina edib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində ödənişsiz efir vaxtından istifadə etməyəcək.

Reyting.az
xəbər verir ki, YAP parlament seçkilərinin təşviqat mərhələsində İTV-nin pulsuz efir vaxtından istifadə etməyəcəyi ilə bağlı müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.

YAP-ın 123 deputatlığa namizədi qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}