AŞPA nümayəndələri Bakıya gəldi - Rəsmilər, partiya sədrləri və KİV-lərlə görüş olacaq
Tarix: 22-01-2020 12:19 | Bölmə: Siyasət
AŞPA nümayəndələri Bakıya gəldi - Rəsmilər, partiya sədrləri və KİV-lərlə görüş olacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçki kampaniyasını və siyasi mühiti qiymətləndirmək üçün bu gün Azərbaycana gəliblər.

Reyting.az
xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bu gün və sabah Milli Məclisin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlament və parlamentdən kənar partiyaların rəhbərləri, MSK rəhbərliyi, KİV və ictimaiyyətin nümayəndələri ilə görüşəcəklər.

Məlumata görə, nümayəndə heyəti seçkiləri müşahidə etmək üçün fevralın 9-da Azərbaycana gələcəklər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər