MSK sədri: “Azərbaycanda xoşagəlməz hal baş verəndə, buna təsadüf kimi baxanlar az olur”
Tarix: 22-01-2020 12:46 | Bölmə: Siyasət
MSK sədri: “Azərbaycanda xoşagəlməz hal baş verəndə, buna təsadüf kimi baxanlar az olur”

“Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz. Dünyanın harasında olmasından asılı olmayaraq, bu belədir”.


Bunu MSK sədri Məzahir Pənahov bu gün “Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə”də çıxışı zamanı deyib.

“Hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib problemi yoluna qoymaqla aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur”, - o qeyd edib.

Onun sözlərinə görə, seçki prosesi digər maraqlı olan qurumlara ölkənin daxili işlərinə qarışmaq imkanı verir: “Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər