19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
15:45 / 04-07-2025
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib
15:25 / 04-07-2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verəcək
15:08 / 04-07-2025
Üzərinə həbs qoyulan əmlakın satışı qaydası dəyişib
14:58 / 04-07-2025
Ərdoğan: "Sammitin Xankəndidə keçirilməsi ayrı mənadır"
14:53 / 04-07-2025
İsazadə: ABŞ siyasi elitası Rusiyanın Ukraynaya məğlub olmasını istəmir
14:28 / 04-07-2025
Prezident: "Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır"
14:25 / 04-07-2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
14:16 / 04-07-2025
Şəxsiyyət vəsiqələri yenilənəcək
14:13 / 04-07-2025
Tələbkarın əmlakı əldə etməsi qaydası dəyişib
14:00 / 04-07-2025
Şahzadə ABŞ prezidenti ilə məxfi görüş keçirib
13:52 / 04-07-2025
Rusiya kimyəvi silahdan istifadəni artırır
13:37 / 04-07-2025
ABŞ-Suriya münasibətləri: sanksiyaların bir qismi aradan qaldırılır
13:18 / 04-07-2025
İlham Əliyev Pakistanın baş naziri ilə görüşüb - Fotolar
17:57 / 30-06-2025

15:08 / 30-06-2025

21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:15 / 30-06-2025

11:03 / 30-06-2025

10:57 / 30-06-2025

07:52 / 01-07-2025

12:21 / 30-06-2025

12:16 / 02-07-2025

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib”
Tarix: 22-01-2020 14:37 | Bölmə: Siyasət

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayzanın (Matthew Bryza) “Report”un Fransa bürosuna müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Dünya İqtisadi Forumu çərçivəsində keçirilən Xəzər Həftəsində iştirak etmək üçün İsveçrənin Davos şəhərindəsiniz. Bu qlobal ideyalar platformasında çıxışlarınız zamanı əsasən hansı mövzulara toxunacaqsınız?
- Forum çərçivəsində 3 paneldə iştirakım nəzərdə tutulub. Bunlardan birincisi Xəzər dənizindən təbii qaz kəmərinə həsr olunan paneldir. Daha sonra, Orta Asiyanı Cənubi Qafqaz və dünyanın digər hissələri ilə birləşdirən Xəzər dənizindən keçən ümumi dəhliz panelində və sonda Türkmənistan, Pakistan, Əfqanıstan, Hindistanı əhatə edən təbii qaz boru kəmərinə həsr edilən paneldə öz fikirlərimi bölüşəcəyəm. Mənim mövzum böyük infrastruktur layihələrdir ki, bunlar həm yük, həm enerji resursları, həm də insanların daşınmasını təşkil edir. Ölkələrin həm müstəqil şəkildə, həm də birgə fəaliyyətlərinə yol açan siyasətlər barədə öz rəy və tövsiyələrimi verəcəyəm.
- Azərbaycanda son zamanlar aparılan sosial-iqtisadi islahatlar haqqında nə düşünürsünüz?
- Hesab edirəm ki, iqtisadi böhran, neftin qiymətinin düşməsi və beləliklə, manatın məzənnəsinin zəifləməsindən Azərbaycan Prezidenti 2014-cü ildə bacarıqla istifadə edərək yeni təşəbbüslərə üz tutub və büdcənin tələblərinə adekvat yeni tədbirlərə imza atıb.
Hesab edirəm ki, Azərbaycan Prezidenti bir sıra əhəmiyyətli islahatalar həyata keçirib. Biznesin həyata keçirilməsinin asanlaşdırılması, müştəri xidmətlərinin səmərəliləşdirilməsi üçün vacib olan sənədlərin elektronlaşdırılması həyata keçirilir. Təhsil sistemində islahatlara start verilib, dövlət strukturlarında bir sıra səmərəliləşdirilmə işləri həyata keçirilib. Çox yaxşı haldır ki, islahatlar vergi sisteminə qədər uzanır. Görünür ki, Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib. Azərbaycan hökuməti maliyyə böhranından bəhrələnməyə çalışır. Nazirlər qənaətkar və şəffaf olmaq məcburiyyətindədirlər.
Daha bir əhəmiyyətli islahat siyasi sahəni əhatə edir ki, bu da parlament seçkilərində özünü göstərir. Çox gözəl haldır ki, Azərbaycanda Parlamenti buraxılıb. Burda əsas məqsəd, mənim başa düşdüyüm qədər, gənc nəsli irəli çəkmək, onlara yol verməkdir.
- Azərbaycanın həyata keçirdiyi enerji layihələri barədə fikirləriniz necədir?
- Bir sıra enerji dəhlizləri var ki, əhəmiyyətlidir. Onlar arasında ən çox da Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri şəxsən mənim üçün çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə deyim ki, mən onların strateji xarakterinə inanıram. Şəxsi həyatıma gəldikdə isə, onlar mənim həyatımın axarını dəyişiblər. Onların səbəbindən mənim xanımım bu gün Türkiyədə yaşayır. Öz şəxsi qayğılarımı bir qırağa qoyum. Əlbəttə ki, bu kəmərlərin Azərbaycana olduqca böyük xeyiri dəyib. Ondan başlayım ki, bu kəmərlər Avropanın istər təbii qaz, istərsə də neftlə təmin olunmasına kömək edib.
Bu kəmərlərin Azərbaycanın iqtisadiyyatının yüksəlməsində rolu böyük olub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan misli görünməmiş iqtisadi təkamül dövrünü yaşamağa başlayıb.
Ən əsası isə fikrimcə, enerji kəmərlərinin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindəki rolu böyükdür. Onlar istər fiziki olsun, istərsə də iqtisadi birlik yaratmağa xidmət ediblər. Beləliklə, bu inkişaf sayəsində Azərbaycan Türkiyə, Avropa İttifaqı ilə böyük bazar münasibətlərinə girməyə nail olub. Daha əsas olan isə bu gün Azərbaycanın bu uğurlarını davam etdirə bilməsidir. Bu gün Azərbaycan Trans-Atlantik və Trans-Xəzər icmalarında böyük rol oynayır.
Çox sevindirici haldır ki, Xəzər dənizi vasitəsilə fiber-optik kabelin çəkilişinə başlanıb. ABŞ-ın “Amazon”, “Netflix” və digər aparıcı şirkətləri Cənubi Qafqazda təmsil olunurlar və Orta Asiya istiqamətində irəliləyirlər. Bütün bununla demək istəyirəm ki, dünyanın bu hissəsi özünün ən əlamətdar dövrünü yaşamaqdadır.
- Fikrinizcə, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqmı?
- Bu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı ilə bağlı elə də nikbin fikirdə deyiləm. Amma halbuki, keçən il yaxşı başlamışdı. Ermənistanın baş naziri adama elə təsir bağışlayırdı ki, yeni yoldadır, yeni nəsə eləmək istəyir. Adamda məsələyə yeni yanaşma tətbiq etmək istəyi təsiri buraxırdı. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı görüşləri də baş tutmuşdu. Liderlər əhalini sülhə hazırlamaq, atəşkəslə bağlı razılığın daha artıq uzadılması kimi məsələlər ətrafında fikir mübadiləsi də aparmışdılar. Görünürdü ki, tərəflər qarşılıqlı inam yaratmağa çalışırdılar. Amma sonra nəsə baş verdi. Sizə deyim ki, Ermənistanda bütün siyasi sistem Dağlıq Qarabağ “klan“dan ibarətdir. Paşinyana siyasi hücumlar başladı. Ona hətta hədə-qorxular olundu. Beləliklə, ilin ortalarında o dəyişdi. Ermənistan mənasız bəyanatlar irəli sürməyə başladı. “Dağlıq Qarabağ müstəqildir” yaxud “Ermənistanın bir hissəsidir“ kimi bir-birinə zidd fikirlər səsləndirməyə başladılar. Dağlığ Qarabağ isə sözsüz ki, Azərbaycanındır. Beynəlxalq hüquq normaları ilə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ona görə də mən bu məsələdə bədbinəm. Çünki, Paşinyanın məcbur olunduğu aydın görünür və bu da məsələnin siyasi həllini qeyri-mümkün edir. Əgər Paşinyan güclü biri olsa təbii ki, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapa bilər. Çünki, mən görmüşəm və bilirəm ki, Bakı münaqişənin həllinə nail olmaq üçün danışıqlara hazırdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:31
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
Bu gün, 13:52
Rusiya kimyəvi silahdan istifadəni artırır
Bu gün, 10:37
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb
Bu gün, 08:15
Avropa Putin və Trampın planından xəbər tutub
Bu gün, 08:03
Ruslar Kiyevi “Xəncər”lə vurur
Dünən, 10:00
Avropa İttifaqı Çinə sərt xəbərdarlıq edib
2-07-2025, 17:54
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb
2-07-2025, 14:03
Politoloq Azər Qasımlı hakim qarşısına çıxarılıb
2-07-2025, 09:51
Zahid Oruc: "Kreml anti-rusiyaçılığı təşviq edən xətdən imtina etməlidir, yoxsa..."
2-07-2025, 08:05
Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunur
2-07-2025, 00:12
Azərbaycan diasporunun lideri sərbəst buraxılıb - (Yenilənib)
1-07-2025, 23:39
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri həbs olunub - (Yenilənib) - Fotolar
1-07-2025, 21:50
Milli Məclis dezinformasiya kampaniyasına dair açıqlama yayıb
1-07-2025, 17:45
İşğal Azərbaycana 150 milyard dollar zərər vurub
1-07-2025, 17:31
Moskva ilə münasibətlər niyə pisləşir?
1-07-2025, 16:16
Rusiya NATO ölkələrinə təhdidlərini davam etdirir
1-07-2025, 11:56
Deputat azərbaycanlılara qarşı törədilmiş cinayəti pisləyir
1-07-2025, 09:39
DTX dövlətə xəyanətdə ittiham olunan şəxsi saxlayıb
1-07-2025, 08:05
KTMT-çilər artan təhlükədən ciddi narahatdırlar
1-07-2025, 07:52
ABŞ gözlənilmədən Moskvaya ultimatum verib
1-07-2025, 07:39
İlon Mask “Amerika” Partiyası yaradacaq?
30-06-2025, 23:24
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
30-06-2025, 13:13
Mirzoyan Lavrova xəbərdarlıq edib
30-06-2025, 10:37
Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb
30-06-2025, 09:24
Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır
30-06-2025, 08:02
Putinin Çinə səfəri planlaşdırılıb
29-06-2025, 16:18
Deputatlarımızın Moskvaya səfəri ləğv olunub
28-06-2025, 18:01
Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanlayıb
28-06-2025, 13:41
Hacızadə: İran səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri qəzəb doğurur
25-06-2025, 19:56
Ceyhun Bayramov İranın yeni səfirini qəbul edib
25-06-2025, 17:27
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
25-06-2025, 15:35
Tramp Haaqada Zelenski ilə görüşəcək
25-06-2025, 12:06
Tramp “B-2” və “İranı bombala” mahınısı ilə şok yaradıb
25-06-2025, 11:39
Rusiya hərbi gəmisi Manş kanalından gizli keçir
25-06-2025, 08:38
NATO bu gün tarixi qərarlar verə bilər
25-06-2025, 00:29
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
25-06-2025, 00:17
İranın nüvə proqramını məhv edə bilməyiblər
24-06-2025, 16:59
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
24-06-2025, 16:26
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
24-06-2025, 14:56
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib