İqbal Ağazadə Gəncə prospektində növbəti görüş keçirib - Fotolar
Tarix: 22-01-2020 21:09 | Bölmə: Siyasət
İqbal Ağazadə Gəncə prospektində növbəti görüş keçirib

35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti görüşü yenə də Gəncə prospektinin sakinləri ilə olub.

Deputatlığa namizədin seçki qərargahından verilən məlumata görə, Gəncə prospekti 65 ünvanında yaşayan seçicilər qarşısında çıxış edən namizəd seçicillərin problemlərindən danışıb, onların həlli yollarını ifadə edib.

Deputatlığa namizəd İ. Ağazadə qeyd edib ki, məhəllə problemlərini bilir və həlli üçün əlindən nə gəlirsə, edəcək: “Eyni zamanda ümumölkə problemlərinin, Qarabağımızın işğaldan azad edilməsi üçün bütün varlığımla mübarizə aparacam”.

Sonda İ. Ağazadə sakinləri bir-bir dinləyərək onların suallarını cavablandırıb. Sakinlər isə onu dəstəklədiklərini ifadə edərək seçkidə məhz ona səs verəcəklərini bildiriblər.

İqbal Ağazadə Gəncə prospektində növbəti görüş keçirib
İqbal Ağazadə Gəncə prospektində növbəti görüş keçirib
İqbal Ağazadə Gəncə prospektində növbəti görüş keçirib
İqbal Ağazadə Gəncə prospektində növbəti görüş keçirib
İqbal Ağazadə Gəncə prospektində növbəti görüş keçirib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}