Beyləqanda Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıblar
Tarix: 24-01-2020 21:38 | Bölmə: Siyasət
Beyləqanda Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıblar

84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Bayramov növbəti görüşünü yanvar 24-də Beyləqan rayonunda məskunlaşan məcburi köçkünlərlə keçirib.

Vüqar Bayramov görüş iştirakçılarına fəaliyyət planını, görəcəyi işləri açıqlayıb:

“Fəaliyyət planım həm məcburi köçkünlərin, həm də sosial müdafiəyə ehtiyacı olan digər təbəqələrin sosial müdafiəsinin güclənməsinə və iqtisadi inkişafına xidmət edir. Dəstəyinizlə parlamentdə təmsil olunacağım halda Sizin qarşınızda hesabatlı olacağam, ayda ən azı bir dəfə görüşünüzə gələcəyəm. Bugünkü görüşün məqsədi də Sizi dinləmək, Sizinlə ünsiyyət qurmaq, rəy və təkliflərinizi eşitməkdir. Seçkinin nəticəsindən asılı olmayaraq platformamda nəzərdə tutulan məsələlərin həllinə çalışacağam. Mən həmyerlilərimin doğru seçim edəcəyinə, doğru insana, daim qürur duya biləcəyi şəxsə səs verəcəyinə inanıram. Hər birinizi seçki də aktiv iştirak etməyə səsləyirəm”.

Görüş seçiciləri narahat edən məsələlərin müzakirəsi ilə davam edib.

Beyləqanda Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıblarBeyləqanda Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıblar
Beyləqanda Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıblarBeyləqanda Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıblar
Beyləqanda Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıblar
Beyləqanda Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıblar




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}