Sabiq nazir: “Paşinyan müharibəni qaçılmaz edir”
Tarix: 29-01-2020 14:42 | Bölmə: Siyasət
Sabiq nazir: “Paşinyan müharibəni qaçılmaz edir”

“Paşinyan Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpasını qaçılmaz edir”.

Reyting.az
-ın məlumatına görə, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Facebook səhifəsində yazıb.

T. Zülfüqarov qeyd edib ki, Valday şəhərində keçirilən forumdan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun imitasiya danışıqları prosesini bərpa etmək üçün son cəhdi tamamilə uğursuz olub.

Sabiq nazirin fikrincə, danışıqlara dair sənədləri elan edən, işğal olunmuş əraziləri azad etmək və total etnik təmizlənmənin nəticələrini aradan qaldırmaq istəmədiyini bir daha təsdiqləyən Ermənistanın Baş naziri siyasi nizamlanmanı Azərbaycan üçün mənasız edib.

O, Nikol Paşinyanın Gümrüdə mətbuat konfransındakı çıxışını belə şərh edib:

“Paşinyan Serj Sarkisyanı yeddi rayonu qaytarmağa hazır olmaqda ittiham edib və əlavə edib ki, qarabağlıların dəstəklədiyi təqdirdə bunun əleyhinə deyil. Buna cavab olaraq Qarabağ siyasətçiləri bildiriblər ki, Azərbaycan rayonlarının qaytarılması yolverilməzdir, çünki bu torpaqlar ermənilərin mülkiyyətidir”.

T. Zülfüqarov qeyd edib ki, Ermənistanın Baş naziri vəziyyəti qəsdən gərginləşdirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}