14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
MSK: 1345 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparır
Tarix: 29-01-2020 16:46 | Bölmə: Siyasət
MSK: 1345 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparır

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Reyting.az
xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, hazırda 1345 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparır: "İndiyə kimi, 292 nəfər namizədliyini geri götürüb".

O da qeyd olunub ki, seçkilərlə əlaqədar indiyə qədər 58 min 344 yerli müşahidəçi qeydiyyatdan keçib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}