MSK sədri deputatlığa namizədlərə növbəti dəfə xəbərdarlıq edib
Tarix: 31-01-2020 16:52 | Bölmə: Siyasət
MSK sədri deputatlığa namizədlərə növbəti dəfə xəbərdarlıq edib

“Deputatlığa namizədliyi qeydə alınmış şəxslərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir: “Seçkiqabağı təşviqat kampaniyası zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır”.

M. Pənahov namizədləri ədalətli olmağa çağırıb: “Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməz haldır. Bu qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.

APA




Bölməyə aid digər xəbərlər