İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir - Fotolar
Tarix: 31-01-2020 20:12 | Bölmə: Siyasət
İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədov təbliğat-təşviqat kampaniyasını yüksək əhval-ruhiyyə ilə davam etdirir.

YAP-ın namizədi bu gün rayonun Tikəband və Veri kənd inzibati ərazi vahidinin seçiciləri ilə görüşüb.

Görüşdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcə də rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-ın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir: "Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".

Daha sonra deputatlığa namizəd İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:

"Parlament seçkiləri ilə əlaqədar aparılan təbliğat kampaniyamız yüksək ruhla davam etməkdədir. Bu gün Tikəband və Veri ərazilərində yaşayan seçicilərimizlə görüşlərimiz çox səmimi və yüksək fəallıq şəraitində keçdi. Əhalinin dövlət başçımız cənab İlham Əliyevə, ümumilikdə Yeni Azərbaycan Partiyasına olan dərin sevgisinin şahidi oldum. Bu səmimi münasibətdən qürur hissi keçirtdim. Bir daha hər bir seçicimə minnətdarlığımı bildirir, ölkəmizin inkişafı və tərəqqisi naminə aparılan bütün işlərdə fəal olmağı arzulayıram".

Çıxış edən seçicilər, kənd ağsaqqalları və ziyalıları birmənalı olaraq cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir, “Daha güclü Azərbaycan naminə!” çağırışı ilə qatıldıqları seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının namizədi, İqbal Məmmədovu dəstəkləyəcəklərini və bundan sonra da bütün işlərdə dövlətimizin və dövlət başçımızın yanında olacaqlarını bildiriblər.

İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir
İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir
İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir
İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir
İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir
İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir
İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir
İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir
İqbal Məmmədovun seçki kampaniyası yüksək fəallıq şəraitində keçir




Bölməyə aid digər xəbərlər