YAP-ın seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
Tarix: 03-02-2020 10:15 | Bölmə: Siyasət
YAP-ın seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Milli Məclisə seçkilərlə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Fiziki şəxslərin könüllü ianəsi hesabına fondda 453 300 manat toplanıb.

YAP bununla bağlı Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verib.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər