AŞPA müşahidə missiyası Bakıya fevralın 7-də gələcək
Tarix: 03-02-2020 12:15 | Bölmə: Siyasət
AŞPA müşahidə missiyası Bakıya fevralın 7-də gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frenk Şvabenin başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana səfər edəcək.

AŞPA-nın mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə missiyası fevralın 7-də Bakıya gələcək.

Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcək.

Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb/Report.




Bölməyə aid digər xəbərlər