İqbal Ağazadə İ. İsmayılov küçəsində daha bir izdiham yaşatdı - Fotolar
Tarix: 03-02-2020 20:54 | Bölmə: Siyasət
İqbal Ağazadə İ. İsmayılov küçəsində daha bir izdiham yaşatdı

Deputatlığa namizəd, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə İnqilab İsmayılov küçəsi, 10 ünvanında yaşayan sakinlərlə görüşüb. Böyük coşqu ilə keçən görüşdə ATƏT nümayəndələri də iştirak ediblər.

Çıxış edən İ. Ağazadə ölkə və məhəlli problemlərdən danışıb, onların həll yollarını dilə gətirib: "Yaxşı bilirik ki, küçələr, damlar, istirahət yerləri əsaslı təmir olunmalıdır. Bütövlükdə insanların sosial durumu yaxşılaşdırılmalıdır. Uşaq pulu və təqaüdlər qaneedici formada verilməlidir".

İnanclı insanların məsələsinə toxunan İ. Ağazadə qeyd edib ki, hər kəsin dini inancına hörmət olunmalıdır: "Bizim öz ölkəmizdə kifayət qədər dini təhsil ocaqları olmalıdır. Hicablı qadınların sənədlərində hicablı şəkillərinin olması təmin edilməlidir".

Böyük izdihamla keçən görüşdə seçicilər bir ağızdan bildiriblər ki, məhz İ. Ağazadəyə səs vermək üçün 9 fevralda səsvermə məntəqələrinə axışacaqlar.

İqbal Ağazadə İ. İsmayılov küçəsində daha bir izdiham yaşatdıİqbal Ağazadə İ. İsmayılov küçəsində daha bir izdiham yaşatdıİqbal Ağazadə İ. İsmayılov küçəsində daha bir izdiham yaşatdıİqbal Ağazadə İ. İsmayılov küçəsində daha bir izdiham yaşatdı




Bölməyə aid digər xəbərlər