ABŞ nüvə başlıqlı raketlərini sualtı qayıqlara yerləşdirib
Tarix: 05-02-2020 12:25 | Bölmə: Siyasət
ABŞ nüvə başlıqlı raketlərini sualtı qayıqlara yerləşdirib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nüvə durumunu araşdırmaq sənədi çərçivəsində hazırlanan aztutumlu nüvə başlığı daşıya biləcək ballistik raketləri sualtı qayıqlarına yerləşdirib.

Reyting.az
xəbər verir ki, Pentaqonun müdafiə siyasəti üzrə müşaviri Con Rood, ABŞ Donanmasının “V76-2” sualtı qayığına nüvə başlıqları daşıyacaq ballistik raketlər yerləşdirildiyini təsdiqləyib.

2018-ci ildə yayımlanan Nüvə Vəziyyətinə dair sənədə toxunan Rood bildirib ki, Pentaqon Rusiya kimi potensial düşmənlərin ABŞ və müttəfiqləri qarşısında avantaj əldə edəcəklərinə qarşılıq olaraq sualtı qayıqlarda nüvə başlığı daşıyacaq silahlar yerləşdirib.

Pentaqon rəsmisi əlavə edib ki, bu raketlər ABŞ və müttəfiqlərinin ehtiyatlılığını artıracaq, ABŞ ordusunun daha sürətli və çevik strateji qabiliyyətini təmin edəcək: “Bunlar potensial düşmənlərin aşağı səviyyəli nüvə başlığı daşıyacaq məsələdə hər hansı bir üstünlüyünün olmadığını göstərir”.

Rood bəyan edib ki, ABŞ hər təhdid ssenarisinə net və qərarlı şəkildə cavab verəcək qabiliyyətə və imkana malikdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər