Məzahir Pənahov: "Müəllimlər, həkimlər namizədin görüşünə niyə gəlməməlidir ki?"
Tarix: 05-02-2020 17:19 | Bölmə: Siyasət
Məzahir Pənahov: "Müəllimlər, həkimlər namizədin görüşünə niyə gəlməməlidir ki?"

"Namizədlərin hamısına bərabər şərait yaradılmalıdır".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Yerli hakimiyyət orqanları namizədə köməklik edirsə, məsələ araşdırılmalıdır. Mətbuatda yazılır ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir? 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”, - o qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər