17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Parlament seçkilərində 1321 namizəd mübarizə aparacaq
Tarix: 06-02-2020 09:28 | Bölmə: Siyasət
Parlament seçkilərində 1321 namizəd mübarizə aparacaq

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 315 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.

Hazırda deputatlığa namizədlərin sayı 1321 nəfərdir.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər