Vüqar Bayramov fəaliyyətini seçki platformasına uyğun quracaq - Foto
Tarix: 06-02-2020 17:01 | Bölmə: Siyasət
Vüqar Bayramov fəaliyyətini seçki platformasına uyğun quracaq

84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun növbəti görüşləri Kürdəmir, Mingəçevir, Gəncə və Ağcabədidə müvəqqəti məskunlaşmış füzulili seçicilərlə olub.

Görüşləri zamanı seçicilərinin rifah və qayğılarının onun üçün önəmli olduğunu vurğulayan Vüqar Bayramov, harada yaşamasından, yaxın və ya uzaqlığından asılı olmayaraq, hər bir seçici ilə görüşün onun üçün mühüm olduğunu bildirib: “Doğma Füzilimizdən kənarda yaşasanız da, sizinlə gəlib görüşməyi, qayğılarınızı, istəkləriniz öyrənməyi özümə borc bilirəm. Mən də sizlərdən biriyəm və hər birinizin fikri mənim üçün çox dəyərlidir.

Fəaliyyət planımın əsas hissəsi seçicilərin sosial-iqtisadi təminatının daha da gücləndirilməsi istiqamətindədir. Seçiləcəyim təqdirdə burada səsləndirdiyinizin təklifləri də nəzərə alıb, fəaliyyətimi seçki platformama uyğun quracaq, nümunəvi deputat olmaq üçün çalışacağam.

Hər birinizi 9 fevralda seçkilərdə aktiv iştirak etməyə və sizi layiqincə təmsil edə biləcək namizədə səs verməyə çağırıram”.

Füzuli rayonundan kənarda məskunlaşmış seçicilər onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bölüşərək, Vüqar Bayramov kimi namizədləri olduğu üçün fəxr etdiklərini bildiriblər.

Vüqar Bayramov fəaliyyətini seçki platformasına uyğun quracaq  Vüqar Bayramov fəaliyyətini seçki platformasına uyğun quracaq




Bölməyə aid digər xəbərlər