17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Seçkilərlə əlaqədar “sükut günü” başlayıb
Tarix: 08-02-2020 08:09 | Bölmə: Siyasət
Seçkilərlə əlaqədar “sükut günü” başlayıb

Milli Məclisə seçkilərlə bağlı seçkiqabağı təbliğat-təşviqat kampaniyasının aparılması başa çatıb.

Reyting.az
xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Seçkiqabağı təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib. Artıq belə bir kampaniyanın aparılması qadağandır.

Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər