17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
"Biz məcburən bu qanunsuzluğa göz yumuruq" - MSK sədrindən etiraf
Tarix: 08-02-2020 16:03 | Bölmə: Siyasət
"Biz məcburən bu qanunsuzluğa göz yumuruq" - MSK sədrindən etiraf

"Bu dəqiqələrdə də sosial şəbəkələrdə təşviqat aparılır. Biz bunu bilrik. Hətta 5 dekabrdan bu qanunsuzluq baş verir. Lakin bunun qabağını almaq mümkün deyil".

Reyting.az
xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bütün dünyada sosial şəbəkələr həyatın vacib mərhələsi olub və heç bir dövlət burada gedən proseslərin qarşısını ala bilməyib: "Bunu heç almaq da mümkün deyil. Hazırda Seçki Məcəlləsinə zidd olsa da, sosial şəbəkələrdə təşviqat davam edir. Amma MSK buna göz yumur. Əslində, buna dekabrın 5-dən göz yumuruq...".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər