17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Mətbuat Şurasının “Qaynar xətt”inə 4 müraciət daxil olub - Jurnalistlər tərəfindən
Tarix: 09-02-2020 14:54 | Bölmə: Siyasət
Mətbuat Şurasının “Qaynar xətt”inə 4 müraciət daxil olub - Jurnalistlər tərəfindən

Saat 08.00-dan 14.00-dək növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub. 

Mətbuat Şurasından Reyting.az-a verilən məlumata görə, müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3, 5 və 20 saylı məntəqələri ilə bağlıdır.

1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. 

Müraciət edənlər “7news” saytının əməkdaşı Murad Musayev, “Ayna.az” saytının əməkdaşı Rumiyyə Miraslan, “Femida.az” saytının əməkdaşı Mircəlal Məcidov və “Mediapress.az” saytının əməkdaşı Könül Aypara olub. 

Hər dörd məsələ ilə bağlı MSK ilə əlaqə saxlanılıb, problemlər aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası bu gün keçirilən növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün “qaynar xətt” təşkil olunub. Belə ki qurumun (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləməkdədir.

MŞ həmçinin kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin monitorinqini də aparır. Şuranın İdarə Heyətinin üzvləri bu məqsədlə ölkəmizin müxtəlif bölgələrindəki, habelə paytaxt Bakıdakı seçki dairə və məntəqələrində olacaq, prosesi bilavasitə izləyirlər. Onlar prosesi işıqlandıran KİV təmsilçilərinə normal şəraitin yaradıldığını qeydə alıblar, heç bir maneə olmayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər