YAP: "Exit-poll"ların nəticələri partiyamızın qələbə çaldığını göstərir"
Tarix: 10-02-2020 01:03 | Bölmə: Siyasət
YAP: "Exit-poll"ların nəticələri partiyamızın qələbə çaldığını göstərir"

Hakim Yeni Azərbaycan Partiyası parlament seçkiləri ilə bağlı keçrilmiş "exit-poll"un nəticələrinə münasibətini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, YAP Sədrinin müavini Əli Əhmədov "Facebook" səhifəsində yazıb ki, növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən "exit-poll"ların nəticələri hakim partiyanın qələbə çaldığını göstərir:

"Qalib gəlmiş namizədlərimizi ürəkdən təbrik edirəm. Partiyamızın möhtəşəm qələbəsinə böyük töhfə vermiş çoxsaylı könüllülərimizə ayrıca təşəkkürümüzü bildirirəm. Partiyamıza və onun namizədlərinə, Prezidentimizin siyasətinə səs vermiş bütün seçicilərimizə minnətdarıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər