Məhkəmə AXCP-nin sədr müavininin şikayətini təmin etmədi
Tarix: 01-02-2016 16:35 | Bölmə: Siyasət


Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının şikayətinə baxılıb.

Reyting.az APA-ya istinadən xəbər verir ki,məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Fuad Qəhrəmanlı ötən il dekabr ayında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ev dustaqlığı ilə əvəz olunması barədə Nəsimi rayon Məhkəməsinə verilən vəsatət isə təmin edilməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

O, Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}