17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Oqtay Qasımov: “Qarabağ problemi Rusiya və Türkiyəni üz-üzə gətirə bilər”
Tarix: 12-02-2020 09:56 | Bölmə: Siyasət
Oqtay Qasımov: “Qarabağ problemi Rusiya və Türkiyəni üz-üzə gətirə bilər”

Türkiyə-Rusiya münasibətləri bundan sonra çox da hamar olmayacaq. Çünki regional məsələlərə baxışda hər iki dövlətin uzlaşan məsələlərlə yanaşı uzlaşmayan məsələləri də kifayət qədərdir. Fərqli maraqlar sözsüz ki, müəyyən zaman kəsiyində bu iki dövləti üz-üzə gətirməli olacaq.

Bu fikirləri Reyting.az-a politoloq Oqtay Qasımov Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib.

Oqtay Qasımov fikirlərini əsaslandırmaq üçün konkret nümunələr də göstərib: “Mən çox uzağa getmirəm, konkret Dağlıq Qarabağ məsələsinə yanaşmada Türkiyə və Rusiyanın fərqli mövqe və baxışları var. Türkiyə birmənalı şəkildə Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasını, qeyri-şərtsiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Amma Rusiya bu məsələdə yumşaq desək, “tormozlayıcı” faktor kimi iştirak edir, əslində bu prosesin donmuş vəziyyətdə qalmasında maraqlıdır ki, hər iki tərəfə təzyiq etmək imkanı olsun. Bu kimi mövqe fərqləri zaman-zaman Rusiya və Türkiyəni üz-üzə gətirə bilər”.

O. Qasımov qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinə təsir edəcək Suriya, İraq, PKK məsələsini, habelə Liviyaya münasibətdə yürüdülən siyasəti də göstərmək olar: “Rusiya ilə Türkiyə Kipr, Kipr adası ətrafındakı hidrogen ehtiyatlarına baxış məsələsində də qarşı-qarşı gələ bilərlər. Yəni bu, o qədər də hamar münasibətlər deyil. İki ölkə arasında münasibətlərin inkişaf etməsi, xoş əlaqələr görüntüsü olsa da, əslində bu iki dövlətin fərqli maraqları var. Bu fərqli maraqlar isə zaman-zaman münasibətlərdə özünü büruzə verəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər