17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Polis aksiya zamanı qadın jurnalistlərə xəsarət yetirib
Tarix: 12-02-2020 14:01 | Bölmə: Siyasət
Polis aksiya zamanı qadın jurnalistlərə xəsarət yetirib

Gecə saatlarında Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında etiraz aksiyasının dağıdılması zamanı xüsusi təyinatlı polis dəstəsi təkcə deputatlığa namizədlərə qarşı deyil, böyük bir qrup jurnalistə qarşı da kobud davranıb.

Reyting.az
“Turan” İnformasiya Agentliyinə istinadla xəbər verir ki, aksiya dağıdılarkən polis qadın jurnalistləri tutub avtobuslara atırkən, onlardan bəziləri xəsarət alıb. Hətta jurnalist Aynur Elgünəşin başı yarılıb.

Məlumata görə, Aytən Məmmədova ("Azadlıq" radiosu), frilanser Aytac Tapdıq, Sevinc Vaqifqızı (Meydan TV, qolunda ciddi xəsarət üzündə qançır), Ülviyyə Quliyeva və Aygün Rəşidova (Amerikanın Səsi) saxlanılıblar.

Qeyd olunur ki, jurnalistlər saxlanılarkən zorakılığa məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıblar. Onların kameraları əllərindən alınaraq, çəkiliş aparmalarına icazə verilməyib.

Saxlanılan şəxsləri iki saata yaxın Bakı ətrafında gəzdiriblər və gecə yarısı "20-ci Sahə"də yoldan uzaq bir yerdə endiriblər.

Üç qadın jurnalist, o cümlədən Xədicə İsmayılova saxlanılan həmkarlarını aparan avtobusun arxasınca gəldikdə saxlayıblar və yerə atıblar.

Qeyd edək ki, daha bir neçə jurnalist MSK binası qarşısında zorakılığa məruz qalsa da, qaçmağa müvəffəq olublar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər