Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 29-09-2016 11:44 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov sentyabrın 26-da ölkəmizdə keçirilmiş referendumla bağlı sualları cavablandırıb.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- Rufiz müəllim, siz referendum prosesində aktiv iştirak etmisiniz. Referendum üzrə "Vətəndaş Cəmiyyəti” Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi olmuşunuz. Sizcə, ümumxalq səsverməsinə hazırlıq prosesi necə keçdi?
- Konstitusiyaya Prezident İlham Əliyevin təşəbbüsü ilə əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ölkə üzrə aparılan kampaniyada vətəndaş cəmiyyətinin təmsilçisi olaraq yaxından iştirak etmişik. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün ərazilərində vətəndaşlarla görüşüb, konstitusiya islahatlarının əhəmiyyətini izah etmişik. Keçirdiyimiz görüşlər, müşahidələrimiz göstərir ki, Azərbaycan xalqı referendumu birmənalı şəkildə dəstəklədi. Səsvermə günü yüksək seçici fəallığı oldu. Həm Mərkəzi Seçki Komissiyasının, həm "Exit Poll” keçirən təşkilatların, seçkiləri izləyən yerli və xarici müşahidəçilərin məlumatlarına əsaslanaraq səsvermənin şəffaf keçirildiyini sözyləmək olar. Səsvermədə seçicilərin 70 faizinin iştirak etməsi, seçicilərin 90 faizdən çoxunun dəyişiklikləri dəstəkləməsi Prezidentin irəli sürdüyü təşəbbüsün Azərbaycan xalqının iradəsini əks etdirdiyini, xalqımızın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını göstərir.
Biz seçicilərlə görüşdə konstitusiya islahatlarının əsas məğzini, dəyişiklik olunacaq detalları onların diqqətinə çatdıra bildik. Düşünürəm ki, referendum seçki kampaniyası zamanı bizim zəhmətimiz nəticəsiz qalmadı, məqsədimizə nail ola bildik.
Aparılan geniş kampaniya nəticəsində əhali sentyabrın 26-da səsvermə məntəqələrinə gələrkən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə artıq bilgili idi. İnsanlar bu dəyişikliklərin ölkəmizin gələcəyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini bilirdilər. Xalq həmin gün sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsinə səs verdi.
- Referendumdan sonra ölkədə ciddi islahatların aparılacağı qeyd olunur. Sizcə, bu islahatlar nədən ibarət olacaq?
- Bu barədə hakimiyyət nümayəndələri açıq danışıblar və xalqa kifayət qədər dolğun məlumatlar veriblər. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovun qeyd etdiyi kimi, referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2016-cı ili ölkədə "İslahatlar ili" elan edib. Post-neft dövrünə hazırlaşan Azərbaycan operativ, çevik islahatlar həyata keçirməkdədir. Bu istiqamətdə bütün imkanlardan, həm inzibati, həm iqtisadi, həm də insan resurslarından istifadə olunur. Biz yaxın gələcəkdə ciddi islahatların və onun müsbət nəticələrinin şahidi olacağıq. Referendum siyasi sistemdə və idarəetmə praktikasında əhəmiyyətli dəyişikliklər yaradacaq.
Ən əsası və xalqın əsas istəyi olan ictimai-siyasi sabitlik, əmin-amanlıq bundan sonra daha da güclənəcək. Dünyada baş verən hərbi, siyasi kataklizmlər fonunda Azərbaycanda əmin-amanlığın olması və gələcəkdə də onun qorunub saxlanılması çox böyük əhəmiyyət kəsb edir. İnsanlar sabitliyin qorunub saxlanılacağına və islahatların aparılacağına əmin olduqları üçün seçkilərdə fəal iştirak etdilər. Referendum ölkəmizdə həyata keçirilməkdə olan islahatların anonsu olmaqla yanaşı, dəyişikliklər üçün hüquqi baza və siyasi alət idi.
Hesab edirəm ki, Azərbaycanda həyata keçiriləcək islahatların kökündə iqtisadi məsələlər duracaq. Yeni iqtisadi modelin yaranması, Azərbaycanın böyük iqtisadi potensialından səmərəli istifadə üçün artıq ilkin addımlar atılıb.
- Referenduma müxtəlif reaksiyalar oldu. Həm ölkə daxilində, həm də xaricdə ümumxalq səsverməsinə fərqli münasibətlər sərgiləndi. Sizcə, bu mövqelər nə dərəcədə ədalətli idi?
- Referenduma reaksiyalar əsasən müsbət notlar üzərində köklənmişdi. Prezidentin təşəbbüsü ilə irəli sürülən, xalq tərəfindən dəstəklənən dəyişikliklər beynəlxalq təşkilatlar tərəfindən normal qarşılandı. 26 sentyabrda xalqımızın dövlət quruculuğu, demokratiya yolunda çox mühüm addım atdığını beynəlxaq qurumlar etiraf ediblər. ABŞ Dövlət Departamenti Azərbaycandakı referendumun təhükəsizlik sahəsində hər hansı insident olmadan keçdiyini və konstitusiya islahatlarının dövlətimizin daxili işi olduğunu bəyan edib. Yuxarıda qeyd etdiyim kimi, xarici müşahidəçilər də seçkilərin şəffaf və ədalətli keçdiyini bəyan edib. Azərbaycandakı siyasi partiyalar da, əsasən referenduma dəstəklərini ifadə ediblər. Referendumöncəsi siyasi partiyalara aksiyalar keçirməyə hər cür şərait yaradıldı. Amma göründüyü kimi, mitinqləri olduqca sönük keçdi. Çünki xalq konstitusiya dəyişikliklərinin vacibliyini anlayaraq islahat tərəfdarı olduğunu qətiləşdirmişdi. Radikal müxalifət isə hakimiyyət tərəfindən irəli sürülən istənilən təşəbbüsə etiraz etməyə alışıb. Bəzən etirazlar, müzakirələr konstitusiyaya edilən dəyişikliklər, mahiyyət üzrə deyil, tamam başqa problemlər üzrə aparılırdı. Əlbəttə, bütün bunlar təəssüf doğurur.
Mən 26 sentyabrda keçirilən referendumu Azərbaycanda demokratiyanın təntənəli qələbəsi hesab edirəm.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər