"Kimsə seçilmir, qalib gələnə iftira atmağa başlayır" - Hadı Rəcəblinin dairəsində nə baş verir?
Tarix: 13-02-2020 14:08 | Bölmə: Siyasət
"Kimsə seçilmir, qalib gələnə iftira atmağa başlayır" - Hadı Rəcəblinin dairəsində nə baş verir?

74 saylı Lənkəran Kənd Seçki Dairəsi bu dairədə Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

Reyting.az
xəbər verir ki, Lənkəran Kənd Seçki Dairəsinin sədri Əlövsət Quliyev Oxu.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib.

Onun sözlərinə görə, müvafiq dairə üzrə qanun pozuntuları aşkarlanmayıb.

"Kimsə seçilmir, qalib gələnə iftira atmağa başlayır. Belə şeylər həmişə olur", - deyə Ə.Quliyev əlavə edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə görə, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin lider namizədi Hadi Rəcəblidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}