Hadı Rəcəbli: "Nəticənin ləğvi MSK-dan asılıdır, mən heç nə deyə bilmərəm"
Tarix: 13-02-2020 15:43 | Bölmə: Siyasət
Hadı Rəcəbli: "Nəticənin ləğvi MSK-dan asılıdır, mən heç nə deyə bilmərəm"

Hadi Rəcəblinin namizəd olduğu 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlər yayılıb.

Sözügedən məsələ ilə bağlı açıqlama verən Hadi Rəcəbli son qərarı Mərkəzi Seçki Komissiyasının verəcəyini bildirib:

"Yazılanlardan mənim də xəbərim var. Seçkilərin gedişatı ilə bağlı heç nə deyə bilmərəm. Qərar MSK-dan asılıdır. Qanunvericiliyə görə, 10 gün müddətində Mərkəzi Seçki Komissiyası məsələyə münasibət bildirməlidir. Allaha pənah. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

Unikal




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}