Aygün Attarın akkreditasiyası ləğv edildi - ATƏT-in tələbi ilə
Tarix: 13-02-2020 16:30 | Bölmə: Siyasət
Aygün Attarın akkreditasiyası ləğv edildi - ATƏT-in tələbi ilə

Bu dəqiqələrdə MSK-da fevralın 9-da keçirilmiş seçkilərlə bağlı daxil olan şikayətlərin araşdırılması üçün iclas başlayıb.

Reyting.az
xəbər verir ki, iclasda ilk olaraq ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müşahidəçilərdən biri - Aygün Attarın akkreditasiyasının ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb və tələb təmin olunub.

Hazırda MSK-nın iclası davam edir. Gözlənilir ki, MSK şikayət olunan dairələrlə bağlı qəralar da verəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}