Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 29-09-2016 14:16 | Bölmə: Siyasət
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 26 sentyabrda Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi məqsədi ilə keçirilən referendumun (ümumxalq səsverməsi) saxtakarlıq şəraitində baş tutduğunu bildirir və nəticələrin ləğvini tələb edir.
Reyting.az-ın məlumatına görə, bu sözlər KXCP-nin ümumxalq səsverməsi ilə bağlı qəbul etdiyi bəyanatda yer alıb.
Partiyanın bəyanatında deyilir:
20 faiz torpaqları işğal altında, təməl insan haqları məhv edilmiş, dərinləşmiş maliyyə böhranı ilə üz-üzə, korrupsiya-rüşvət məngənəsində çabalayan ölkəmizdə iqtidar ailə hakmiyyətini zorla saxlamaq üçün artıq üçüncü dəfədir ki, referendum adlandırdığı ənənəvi saxtakarlığı 26 sentyabrda başa çatdırdı.
Azərbaycan Konstitusiyası, dövlətin üzərinə götürdüyü beynəlxalq öhdəliklər və insan haqları ilə ziddiyyət yaradan Konstitusiya dəyişikliklərinin mahiyyəti xalqdan gizlədilərək müzakirələr aparılmadan, debatlar keçirilmədən, vətəndaş cəmiyyətini basqı altında saxlayaraq, həbslər və repressiyalar şəraitində çox qısa zamanda keçirməklə təməl insan haqları kobud şəkildə pozulub.
Beynəlxalq təşkilatlar, demokratiya institutlarının əksəriyyəti müzakirələrdən kənarda saxlanılıb. Çox qısa zaman kəsiyində Avropa Şurasının Venesiya Komissiyasının hazırladığı və haqlı olaraq sərgilədiyi mənfi rəy və təkliflər nəzərə alınmadı.
Ümumxalq səsvermə günü ənənəvi saxtakarlıq mexanizmləri bütün gücü ilə işləməyə başladı: Seçici fəallığının çox aşağı olmasına baxmayaraq başda Mərkəzi Seçki Komissiyası olmaqla seçki komissiyaları seçici fəallığını saxtalaşdıraraq dəfələrlə artırması, kütləvi seçki "karusel”lərinin təşkil edilməsi, seçki qutularına topa bülletenlərin doldurulması,qanunsuzluqlara etiraz edənlərin saxlanılması,seçki məntəqələrində seçki protokollarının yazılmaması kimi ənənəvi seçki saxtakarlıqları müşahidə edildi.
Ənənəvi olaraq AŞPA-nın "kürü diplomatiyası”na uyğun bir qrup deputatının referenduma demokratik görüntü vermək məqsədi ilə xalqımızı və beynəlxalq təşkilatları aldatmaq cəhdləri müşahidə edildi.
Klassik Xalq Cəbhəsi Partiyası hesab edir ki, 26 sentyabrda umumxalq səsverməsi adı altında keçirilən saxta referendum vasitəsiylə vətəndaşların təməl hüquqları pozulub, hakimiyyətin bölünməsi prinsipi ciddi zədə alıb, hakimiyyətin zəbt edilərək bir ailənin inhisarında qalması üçün süni və saxta təməllər yaradılıb.
Klassik Xalq Cəbhəsi Partiyası umumxalq səsverməsi adı altında keçirilmiş saxta referendumun nəticələrini tanımır, Azərbaycan Konsitutsiyasına və Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq 26 sentyabr referendumunun nəticələrinin ləğv edilməsini tələb edir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər