16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
MSK sabah daha bir neçə müraciəti araşdıracaq
Tarix: 14-02-2020 20:42 | Bölmə: Siyasət
MSK sabah daha bir neçə müraciəti araşdıracaq

Fevralın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq.

Reyting.az
xəbər verir ki, bununla bağlı MSK-nın iclasında müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə seçkinin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd Seçki Dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci Seçki Dairəsi - lider namizəd Hüseynbala Mirələmov.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}