MSK daha 20 dairə ilə bağlı şikayətləri DSK-lara göndərdi - Siyahı
Tarix: 15-02-2020 14:40 | Bölmə: Siyasət
MSK daha 20 dairə ilə bağlı şikayətləri DSK-lara göndərdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətə baxılıb.

Reyting.az
xəbər verir ki, sonda müraciətlərlə bağlı qərarlar verilib.

Qərara əsasən, 82 saylı Ağcabədi Seçki Dairəsi, 94 saylı Bərdə kənd Seçki Dairəsi, 56 saylı Xaçmaz kənd Seçki Dairəsi,106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi, 29 saylı Səbail Seçki Dairəsi, 72 saylı Yardımlı-Masallı Seçki Dairəsi, 8 saylı Binəqədi Birinci Seçki Dairəsi, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 34 saylı Xətai İkinci Seçki Dairəsi, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi, 22 saylı Nəsimi İkinci Seçki Dairəsi, 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki Dairəsi, 47 saylı Mingəçevir Seçki Dairəsi, 60 saylı Salyan-Neftçala Seçki Dairəsi, 107 saylı Qazax Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}