Aşıqlar Birliyi vəsiqəni gürcü dilində yazır, mətbuat gürcüstanlı deputatı qınayır - Foto
Tarix: 16-02-2020 11:04 | Bölmə: Siyasət
Aşıqlar Birliyi vəsiqəni gürcü dilində yazır, mətbuat gürcüstanlı deputatı qınayır

“Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev də müşahidəçi kimi iştirak edib. Seçkidən sonra keçirilən mətbuat konfransında gürcü dilində çıxış etdiyi üçün Azərbaycan mətbuatı Savalan Mirzəyevi az qala “millət xaini” kimi qələmə verməyə çalışdı”.

Reyting.az
-ın məlumatına görə, bunu Gürcüstan Respublikasının Marneuli rayonundan Sabir Bayramov Azərbaycan KİV-lərinə göndərdiyi müraciətində yazıb.

S. Bayramov qeyd edir ki, Azərbaycan mətbuatının belə yanlış mövqeyini anlamaq olmur: “Savalan bəy təmsil etdiyi dövlətin rəsmi dilində danışıb. Özü də, dediyinə görə, bunu Azərbaycan tərəfi istəyib. Amma jurnalistlər onu ittiham edirlər. Sanki seçkidə baş verən qanun pozuntularına da Savalan Mirzəyev cavabdehdir”.

S. Bayramov Azərbaycan mətbuatını bir məsələyə göz yummaqda da qınayıb: “Baxın, Azərbaycan Aşıqlar Birliyi Gürcüstandan olan üzvünə vəsiqəni gürcü dilində yazıb verir. Bəs buna nə deyirsiniz, hörmətli jurnalistlər? Azərbaycanın rəsmi təşkilatı vəsiqəni niyə gürcü dilində yazır? Belə çıxır ki İrandan olan aşığa farsca, bir qeyrisinə də ingilis dilində vəsiqə yazırlar? Buna diqqət edin. Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıdan bunun səbəbini soruşun”.

S. Bayramov yazır ki, Gürcüstan parlamentinin üzvü S. Mirzəyevə qarşı olan bu hərəkət borçalılara növbəti ögeylikdir.

Aşıqlar Birliyi vəsiqəni gürcü dilində yazır, mətbuat gürcüstanlı deputatı qınayır




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}