Real TV-də qalmaqal: seçki saxtakarlığına etiraz edən əməkdaşlar işdən kənarlaşdırılıb
Tarix: 17-02-2020 19:47 | Bölmə: Siyasət
Real TV-də qalmaqal: seçki saxtakarlığına etiraz edən əməkdaşlar işdən kənarlaşdırılıb

Real TV-nin əməkdaşları Afət Telmanqızı, Ləman Əliəşrəfqızı və İlqar Mikayıloğlu işdən çıxarılıb.

Reyting.az
Yenisabah.az-a istinadla xəbər verir ki, buna səbəb onların sosial şəbəkələrdə 9 fevral seçkilərində baş verən qanun pozuntuları barədə paylaşımlar etməsidir.

Afət Telmanqızı açıqlamasında bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub: Ya yazdıqlarınızı silin, ya da işdən çıxın.

"Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə, seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu, həm də jurnalist kimi bizim borcumuzdur", - deyə Afət Telmanqızı bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}