Qarabağ icması: "Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir"
Tarix: 19-02-2020 14:47 | Bölmə: Siyasət
Qarabağ icması: "Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir"

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" Ermənistan siyasi dairələrinin icma sədri Tural Gəncəliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü ilə bağlı iddialarına münasibət bildirib.

İcmadan Reyting.az-a verilən məlumata görə, ermənilərin bu görüşlə bağlı yaydıqları məlumatlar tamamilə əsassızdır.

"Son günlərdir ki, erməni siyasi dairələri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb-görüşmədiyinə dair izahat tələb edirlər. Əlbəttə, görüş olub və biz icma olaraq bu haqqda press-reliz yaymışıq. Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir. Özləri o qədər saxtakardılar ki, hətta doğru xəbərlərədə də şübhə ilə yanaşırlar".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}