07:49 / 03-02-2026
Tramp yenə BMT-ni tənqid edib
07:42 / 03-02-2026
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
DTX-nın əməliyyatı: məmurların həbsinə səbəb nədir?
Tarix: 20-02-2020 20:13 | Bölmə: Siyasət

Günün lap əvvəlindən Neftçala Rayon İcra Hakimiyyətində xüsusi təyinatlıların keçirdiyi əməliyyat haqqında məlumatlar yayılmışdı. Hətta bəzi saytlar bunu yanlış olaraq "İcra Hakimiyyətinə basqın" şəklində tirajlamışdılar və xüsusi təyinatlıların hansı quruma məxsus olduğunu yazmamışdılar. Qısa müddət sonra həmin məlumatlar saytlardan sildirildi. Böyük ehtimalla, xüsusi əməliyyatın maraqları üçün belə addım atıldı.
Günün ortalarına doğru Neftçala Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat apardığı, icra başçısı İsmayıl Vəliyevin və birinci müavini Vurğun Ələkbərovun saxlanılması haqda mediada qeyri-rəsmi mənbələrə istinadla xəbərlər görünməyə başladı.
Bu arada mediada və sosial şəbəkələrdə bu həbslərin hansı səbəblərdən qaynaqlandığına dair ehtimallar peyda odu. Bəzi ehtimallara görə, bu rayonda da Ağstafadakı və Yevlaxdakı kimi rüşvət və ictimai işlərə cəlb olunmuş şəxslərin ödəniş kartlarının toplanaraq maaşlarının mənimsənilməsi baş verib. İsmayıl Vəliyevin də rüşvət aldığı haqda xəbərlər ortalıqdaydı. Hətta bu rüşvətin deputatlığa namizəddən alınması iddia olunurdu. Belə bir ehtimal ortaya atılan kimi nəzərlər dərhal bu rayondan deputatlığa lider namizədlərə - 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən Fəzail Ağamalı və 61 saylı Seçki Dairəsindən Sabir Rüstəmxanlı diqqət mərkəzinə gəldi. Hər iki deputatlığa lider namizəd bu ehtimalları qətiyyətlə təkzib etdi.
Günün sonuna doğru isə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatı yayıldı və bu məlumatda hər hansı konkret cinayət əməli haqda heç nə yazılmırdı. Ancaq burada bir deyil, birdən artıq cinayət əməlinə açıq işarə vardı.
Həmin məlumatda belə deyilir:
"Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir".
Bu məlumatdan görünür ki, yazdığımız kimi, əvvəla, bir deyil, bir neçə şəxsin, bir deyil, bir neçə cinayət əməli törətməsinə əsaslı şübhələrdən söhbət gedir.
İkincisi, bunlar İcra Hakimiyyətinin sıradan əməkdaşları deyil, rəhbər vəzifəli şəxsləridir.
Üçüncüsü, burada rüşvət, mənimsəmə kimi hallar varsa da, əslində məsələ təkcə bunlarla bağlı deyil; "vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət" əməllərindən söhbət gedir. Deməli, bu kompleks araşdırmadırsa, bir və ya iki günün işi deyil, əməliyyat işi daha əvvəldən başlanıb.
Bu dövrdə Milli Məclisə növbədənkənar seçkilər keçirildiyini nəzərə alsaq, vətəndaşların seçki hüquqlarının total və qəsdən pozulması kimi cinayət əməli göz önünə gəlir. İcra Hakimiyyətinin vəzifəli şəxslərinin, DTX-nin məlumatında deyildiyi kimi, səlahiyyətlərindən QULLUQ MƏNAFEYİNƏ ZİDD OLARAQ CƏMİYYƏTİN VƏ DÖVLƏTİN QANUNLA QORUNAN MƏNAFELƏRİNƏ MÜHÜM ZƏHBƏ (seçdirmələr bizimdir – B.Y.) haqda ağla ilk gələn ehtimal seçkilərə inzibati müdaxilənin və bunun doğurduğu cinayət əməllərinin törədilməsidir.
Bundan əvvəl Ağstafada və Yevlaxda keçirilmiş xüsusi əməliyyatlardan dərhal sonra DTX irəli sürülmüş ittihamlarla bağlı məlumat yaymışdı. Neftçala ilə bağlı isə daha sonra geniş məlumat veriləcəyi deyilib. Görünür, burada istintaqa cəlb olunacaq şəxslərin dairəsi daha böyükdür və bu, Neftçala hüdudlarından kənara çıxır. Bu arada onu da xatırladaq ki, səsvermə günündən əvvəl Neftçalanın da adı xüsusi təhlükəsizlik tədbirləri keçirilməsi üçün qüvvələr yeridildiyi iddia olunan rayonların arasında idi.
Buradan belə anlaşılır ki, baş verənlər seçki ilə doğrudan da hər hansı bir formalarda bağlıdırsa, bu, heç də səsvermə günü ilə məhdudlaşmır; törədilməsinə əsaslı şübhələr olan cinayətlər seçki prosesinin əvvəlindən başlanıb, təhlükəsizlik orqanları da daha əvvəldən bu rayonda gedən prosesləri nəzarətə götürüb. Neftçalada namizədlərin seçicilərlə görüşlərində baş verən gərginliklər də belə bir xüsusi diqqətə səbəb olub. Bu arada həmin namizədlərdən birinin – 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd (MSK-nın açıqladığı ilkin nəticələrə görə, lider namizəd) Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının redaktor.az saytına açıqlaması da baş verənlərin fonunda daha diqqət çəkir.
O, belə bir fikir işlətmişdi: "Növbədənkənar parlament seçkiləri parlamentin 125 deputatının tamamilə yenilərlə əvəzlənməsi demək deyil. Bu, çox böyük, ciddi problemlər yarada bilərdi".
Respublikaçı Alternativ Partiyasının rəhbrələrindən olan, yeri gəmişkən, 12 saylı Qaradağ-Yasamal-Binəqədi dairsəsindən deputatlığa namizəd Natiq Cəfərli Fəzail Ağamalının bu fikirini dövlət rəhbərliyinə qarşı təhdid cəhdi olaraq qiymətləndirsə də, Fəzail Ağamalı bunu təkzib etmişdi. Bu gün Neftçalada baş verənlər həmin açıqlamanı bir daha gündəmə gətirdi. Eyni zamanda Prezident İlham Əliyevin seçkidən əvvəl, seçki müddətində və sonra seçkilərə müdaxilə edəcək məmurların kimliyindən asılı olmayaraq ciddi cəzalandırılacağı haqda bəyanatları da yaddaşlarda təzələndi. Hər kəs seçkidə baş vermiş saxtakarlığa və inzibati müdaxilələrə görə hansısa rayon və ya şəhər icra hakimyyətlərinin, seçki komissiyaları rəhbərlərinin cəzalanacağını gözləyirdi. Çox ehtimal ki, bu proses Neftçaladan başlandı.(Bizimyol.info)
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:49
Tramp yenə BMT-ni tənqid edib
Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər