Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 01-10-2016 19:07 | Bölmə: Siyasət

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda keçirilən referendum ayrılıqda müzakirə olunmayacaq.
Reyting.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S.Seyidov deyib ki, AŞPA-nın hər bir sessiyası başlayanda Avropa Şurasının yarım il ərzində gördüyü işlər haqqında ümumi məlumat verilir: "Ola bilər ki, bu kontekstdə Azərbaycanda keçirilən referenduma toxunulsun. Ancaq ayrılıqda Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda keçirilən referendumla bağlı müzakirə nəzərdə tutulmayıb”.
Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına təklif olunan dəyişiklik və əlavələrlə bağlı rəyinə də toxunan S.Seyidov qeyd edib ki, Venesiya Komissiyası Avropa Şurası nəzdində konsultativ bir orqandır: "Venesiya Komissiyasına Avropa Şurası ilə bərabər 70-dən çox ölkə üzvdür. Venesiya Komissiyası hansısa ölkədə nə isə baş verəndə, öz fikrini bildirir. Ancaq Venesiya Komissiyasının fikri, o cümlədən Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələrlə bağlı fikri Avropa Şurasının, yaxud hansısa qurumun mütləq, həqiqət olan bir fikri deyil. Bu, münasibətdir. Referenduma münasibəti Venesiya Komissiyası da, Azərbaycana referendumu müşahidə etməyə gələn müşahidəçilər də, digər beynəlxalq təşkilatlar da bildirə bilər. Bu rəylərdən biri də Venesiya Komissiyasının rəyidir. Ona görə də Venesiya Komissiyasının rəyini əsas bir rəy kimi təqdim etmək qətiyyən düzgün deyil. Müxtəlif rəylər ola bilər. Məsələn, müxalifətin, Venesiya Komissiyasının, Azərbaycana gəlmiş müşahidə missiyalarının hər birinin öz rəyi var”.
S.Seyidov qeyd edib ki, başqa rəyləri bir kənara qoyaraq hansısa məsləhətçi bir qurumun rəyini əsas rəy kimi təqdim etmək düzgün deyil.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər