Serj Sarkisyan və Robert Köçəryanla bağlı istintaq davam etdirilir
Tarix: 26-02-2020 11:53 | Bölmə: Siyasət
Serj Sarkisyan və Robert Köçəryanla bağlı istintaq davam etdirilir

“Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və Robert Köçəryanla bağlı hazırda istintaq davam etdirilir”.

Reyting.az
xəbər verir ki, bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

Emil Tağıyev xatırladıb ki, Xocalıya hücum zamanı 613 nəfər qətlə yetirilib: "Xocalı soyqırımı zamanı şəhərin 5 379 nəfər əhalisi deportasiya olunub”.

E. Tağıyevin sözlərinə görə, cinayət işi üzrə 5 istiqamət müəyyən edilib: “Cinayət işinin istintaqı zamanı 39 nəfər Xocalı soyqıırmı, 3 nəfər terror cinayətləri, ümumilikdə isə 305 şəxsin əməlləri Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallar üzrə sübuta yetirilib. Axtarışların təmin edilməsi üçün müvafiq təşkilatlara göndərilib. Onlardan 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}