17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Avropa Məhkəməsi Azərbaycan hökumətini yenidən cərimələyib - Qərar
Tarix: 27-02-2020 16:19 | Bölmə: Siyasət
Avropa Məhkəməsi Azərbaycan hökumətini yenidən cərimələyib

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılovanın 2014-cü ilin dekabrında qanunsuz həbsindən verdiyi şikayəti ilə bağlı qərarı elan edib.

Reyting.az
Turan-a istinadla xəbər verir ki, Avropa Məhkəməsi İsmayılovanın 5-ci (azadlıq və toxunulmazlıq), 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) maddələrlə təminat altına alınan hüquqlarının pozulduğunu hesab edib və ona 25 min avro təzminat ödənilməsi qərarını çıxarıb.

Avropa Məhkəməsi Azərbaycan hökumətini yenidən cərimələyib
X. İsmayılova

Qeyd edək ki, bu, AİHM-nin İsmayılovanın işi üzrə ikinci qərarıdır. Bundan əvvəl Avropa Məhkəməsi jurnalistin mənzilində gizli çəkiliş aparıldığı, kadrlar internetdə yayıldığı zaman onun şəxsi həyatına müdaxilənin qanunsuz olduğu barədə qərar çıxarmışdı.

Xatırladaq ki, Azərbaycan məhkəməsi sonradan X. İsmayılovanı iqtisadi cinayətlərdə də ittiham edərək, ona 7,5 il cəza vermişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}