Müxalifət partiyaları əməkdaşlığa başlayır - Müzakirə başlayır
Tarix: 05-10-2016 13:17 | Bölmə: Siyasət


Azərbaycan Demokrat Partiyası (ADP) ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəhbərliyi əməkdaşlıq məsələsini müzakirə ediblər.

Reyting.az-ın xəbərinə görə, bu barədə "Report"a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

O bildirib ki, əməkdaşlıq təklifini ADP irəli sürüb: "Vətəndaş və İnkişaf Partiyasının cavabından sonra əməkdaşlığın forması müəyyən ediləcək. Biz düşünürük ki, müxalifət partiyaları arasında inteqrasiya olmalıdı. Digər partiyalar da bu təşəbbüsə müsbət yanaşsalar, həmin təşkilatlarla da müzakirələr aparıla bilər".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə deyib ki, əməkdaşlıq məsələsi partiyada müzakirə olunub: "Bütövlükdə bu məsələyə müsbət yanaşırıq. Yekun nəticə yaxın vaxtlarda açıqlanacaq".

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər