Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-10-2016 13:40 | Bölmə: Siyasət

Azərbaycanda korrupsiya halları barəsində müvafiq qurumlara məlumat verən şəxslər dövlət tərəfindən qorunacaq.
Bununla bağlı "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna yeni maddələr irəli sürülüb. Qanunda məlumat verən şəxsin gizliliyinin qorunmasına zəmanət verilsə də, hər hansı məmurun öz işlədiyi qurumda baş verən korrupsiya halları barədə məlumat verib-verməyəcəyi isə mübahisə doğurur.
Reyting.az-ın xəbərinə görə, bu barədə "Qafqazinfo”ya açıqlama verən millət vəkili Zahid Oruc qeyd edib ki, müxtəlif dövlət qurumlarında olan rəhbər şəxslər korrupsiya cinayətlərinin ilkin araşdırılması üçün müvafiq qurumlar yaradacaq: "Bu da vətəndaşlara imkan verəcək ki, hər hansı məsələni ilk ünvanda müzakirə etsinlər. Bununla cinayət faktlarının qarşısını zamanında almaq imkanları yaranacaq. Burada həmin şəxsin gizliliyinin, əmlakının qorunması nəzərdə tutulur. Bu, mexanizm olaraq nəzərdə tutulur.
Ancaq hökumət bütövlükdə o inama malik deyil ki, korrupsiya cinayətlərinin tam aradan qaldırılmasının ən ümdə yolu budur. Onsuz da son illər dövlət başçısı hansı qurumlarda işlərin korrupsiya yolu ilə həyata keçirilməsini görürsə, o orqanın səlahiyyətlərini "ASAN Xidmət”ə verir”.
Z.Oruc bildirib ki, qanuna təklif edilən əlavələrdə söhbət təkcə rəhbər şəxsin məlumat verməsindən getmir: "Əksər hallarda millət vəkillərinə də hansısa qurumda baş verən neqativ hallarla bağlı məktublar daxil olur. Belə ki hansısa idarədə malların alınması şişirdilmiş rəqəmlərlə müşayiət olunur, vəsaitlər düzgün xərclənmir.
Korrupsiya öz mahiyyətinə görə gizlilik tələb edir. Artıq bu qanun layihələrinin ortaya çıxması ona dəlalət edir ki, hər hansı müəssisədə baş verənlər ictimailəşəcək. Əgər tədbir görülməyəcəksə, məsələ daha yuxarı instansiyalarda müzakirə olunacaq. Qanunun zəifliyi isə ondan ibarətdir ki, burada hər bir şəxsin öz iş yerini itirmək qorxusu amilinə görə məsələni anonim saxlayaraq yalnız yuxarı orqanlara müraciət tendensiyaları özünü daha çox göstərə bilər. Bu da öz-özlüyündə həmin qurumların da yaradılmasını formallaşdıra bilər”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər