Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 10-10-2016 18:07 | Bölmə: Siyasət

"Heç kimə sirr deyil ki, Rusiya Ermənistanın daxili siyasətinə nəzarətdə son dərəcə maraqlıdır. Rusiya Ön Asiya regionunda öz mövqeyini qoruyur. Xüsusilə, bu ölkədə son konstitusiya islahatlarını nəzərə alanda Sergey Lavrovun Yerevana səfəri mənə tamamilə məntiqli görünür”.
Reyting.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfərini şərh edərkən "Eurasia Diary"yə Zaqafqaziyanın yeni tarixi üzrə mütəxəssis və politoloq Oleq Kuznetsov deyib.
O.Kuznetsov bildirib ki, ölkədə hüquqi islahatların keçirilməsində əsas məqsəd Avropanın və Şimali Amerikanın erməni diasporunun rəsmi Yerevana göstərdiyi təsiri minimallaşdırmaqdır:
"Bu ölkədə hakimiyyətin ən yüksək orqanlarında son kadr dəyişikliklərinə baxmaq kifayət edir: Baş nazir vəzifəsini Rusiyanın əlaltısı olan adam tutdu. Dağlıq Qarabağın erməni separatçılarının qanunsuz silahlı formalaşmalarının keçmiş komandirləri və ilk növbədə - keçmiş müdafiə naziri, Xocalı faciəsinin əsas günahkarı Seyran Ohanyan vəzifədən uzaqlaşdırıldı.
Buna görə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Yerevana səfərinin məqsədi açıq-aşkardır: səfər yoxlamaq xarakteri daşıyır, Ermənistanın dövlət quruluşunda transformasiya prosesləri necəgedir, bu ölkənin siyasi həyatında Qərb yönümlü meyarlar mövcuddurmu? Axı, martda Ermənistanda parlament seçkilərində Rusiyayönlü partiya iştirak edəcək”.
O.Kuznetsov qeyd edib ki, Kremlin Yerevanda
siyasi proseslərin
inkişafı üçün öz senarisi var və bu, təcrübəli diplomat Sergey Lavrovun baxışı ilə qiymətləndirməlidir, təcrübədə necə reallaşacağına baxılmalıdır:
"Moskva bu gün Yerevanda baş verən prosesləri anlamaq istəyir və alqoritmini öyrənir. Ermənistanda parlament seçkilərində Rusiyayönlü Rusiya Erməniləri İttifaqının başçısı və sponsoru Ara Abramyanın olduğu partiya iştirak edəcək”.
Politoloqun fikrincə, S.Lavrov Yerevana bu planların təcrübədə necə reallaşmasına baxmaq üçün gedir ki, ehtiyac olduqda lazımi düzəlişlər edə bilsin: "Belə hadisələrdə səfər işçi adlanır, heç bir rəsmi bəyanat hazırlanmır, səfərin məqsədlərini gizli saxlamağa çalışırlar”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər