Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-02-2016 13:12 | Bölmə: Siyasət

"Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınan siyasi partiyalar fəaliyyət göstərmirsə, qeydiyyatı, rekvizitləri ləğv olunmalıdır. Bu, dünyanın bir çox ölkələrində var. Bəzi ölkələrdə siyasi partiya iki ildən artıq fəaliyyət göstərmirsə, qeydiyyatı ləğv olunur".
Reyting.az xəbər verir ki, bu sözləri report.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov deyib.
O xatırladıb ki, Azərbaycanda hər bir siyasi partiya gəlirləri ilə bağlı illik maliyyə hesabatı verməlidir:
"Bu, "Siyasi partiyalar haqqında" qanunda da nəzərdə tutulub. İllik maliyyə hesabatının açıqlanması şəffaflığın təmin olunması üçündür. Yeni Azərbaycan Partiyası bu tələb qanunvericiliklə tənzimlənməmişdən əvvəl də maliyyə hesabatını ictimaiyyətə açıqlayırdı. Digər partiyalar da şəffaflığın tərəfdarıdırlarsa, hesabat verməlidirlər, maliyyə mənbələrini açıqlamalıdırlar. Təəssüflər olsun ki, bəzi siyasi partiyalar maliyyə hesabatlarında heç bir rəqəm göstərmir, ağ kağız təqdim edirlər. Yəni, guya bunların heç bir maliyyə mənbələri yoxdur. Amma hər kəs bilir ki, həmin partiyaların qərargahlarında xeyli insan çalışır, əmək haqqı alır. Partiya sədrlərinin əksəriyyəti bahalı maşınlarda gəzir, cangüdənlərdən istifadə edirlər. Təbii ki, bu insanlar hava ilə yaşamır, yəqin ki, bəlli bir gəlir yerləri var. Dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyə fəaliyyətinə Maliyyə Nazirliyi nəzarət edir. Yəni, nazirliyin araşdırmaq imkanı var. Büdcədən maliyyələşməyən partiyalar hesabat təqdim etmirsə, qanunun tələbini pozursa, bu, hüquqi cəhətdən "Siyasi partiyalar haqqında" Qanunda əsaslandırılmalıdır".
S.Novruzov hesabat təqdim etməyən siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələyə də toxunub:
"Elə partiyalar var ki, 1992-93-cü ildə qeydiyyatdan keçib. Həmin partiyalar qarşılarına hüquq və vəzifələr qoysa da, icra etmir. Yəni, fəaliyyətsizdir. Fəaliyyət göstərməyən partiyaları imkanlı şəxslər alır, "sandığa qoyub" saxlayır. Bu da qeyri-qanunidir. Qeyd etdiyim məsələlər qanunvericiliklə tənzimlənməlidir".
S.Novruzov qeyd edib ki, "Siyasi partiyalar haqqında" Qanunda hüquqi varislik məsələsi də əksini tapmalıdır:
"Son günlər bir sıra siyasi partiyalarda çox ciddi qarşıdurmalar baş verir. Məsələn, partiyalardan birində sədr qurultay keçirir, strukturu yenidən formalaşdırır. Həmin partiyanın daxilində başqa birisi də konfrans keçirərək, özünü sədr elan edir. Hər iki tərəf iddia edir ki, partiya üzvlərinin dəstəyini qazanıb. Beləcə, qarşıdurma yaranır. Burada hüquqi varisliyin hansı formada keçiriləcəyi aydınlaşdırılmalıdır. Təbii ki, tərəflər məhkəməyə müraciət edir. Məhkəmə də araşdırma aparmalıdır və "Siyasi partiyalar haqqında" Qanuna istinad etməlidir. Ona görə də bu məsələ "Siyasi partiyalar haqqında" Qanunda əksini tapmalıdır ki, məhkəmə istinad edə bilsin".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər