Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-10-2016 15:06 | Bölmə: Siyasət

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkəmizin ərazi bütölüyünü bütün dünya qəbul edib. Torpaqlarımızın qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Təkcə bu il ərzində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərarlar qəbul edib”.
Reyting.az xəbər verir ki, bu sözləri SİA-ya millət Azər Badamov deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə əlaqədar ədalətli mövqe nümayiş etdirib: "Lakin çox təəccüblü haldır ki, ölkəmizin ərazi bütövlüyünü təmin etmək haqqında beynəlxalq ictimaiyyətin belə ciddi qərarlar qəbul etməsinə baxmayaraq, Azərbaycan torpaqları işğal altında qalır və münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində hər hansı ciddi addım atılmır. Beynəlxalq ictimaiyyətin, sözünü deyən təşkilatların niyə hərəkətə gəlməməyi ilə əlaqədar cənab Prezident Nazirlər Kabinetinin ilin 9 ayınınsosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində tam aydınlıq gətirib və öz iradlarını bildirib. Cənab Prezdent deyib ki, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax budur məsələnin həll olunmamasının səbəbi.Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili stantartlarla üzləşmişik və bu məsələnin həll olunmamasıBMT təhlükəsizlik Şurasınada şərəf gətirmir. Çünki onlar 4 qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa, öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur”.
Millət vəkili bildirib ki, dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Amerikanın çox ədalətsiz yanaşdığını qeyd edib: "Düşünürəm ki, beynəlxalq təşkilatlar Prezidentin iradlarını təhlil edəcəklər və işğala son qoyulması istiqamətində ciddi addımlar atacaqlar. Əks halda Azərbaycanın güclü, müasir silahlarla təchiz olunmuş qüdrətli ordusu var və bizə qarşı olmuş bu ədalətsizliyə öz gücümüzlə cavab verərək məsələni həll edəcəyik. Azərbaycanın ərazisi bölünməzdir və Dağlıq Qarabağ heç bir vaxt müstəqil ölkə olmayacaq”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər