İlham Əliyev: “Prezident seçkilərinin tarixini dəyişmək niyyətimiz yoxdur”
Tarix: 18-10-2016 12:34 | Bölmə: Siyasət


Ölkə başçısı İlham Əliyev Rusiyanın "RİA Novosti” agentliyinə müsahibəsi zamanı Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməyəcəyini deyib.

Azərbaycan prezidenti qarşıdan gələn prezidentlik marafonunda iştirak edib-etməyəcəyini söyləməyin də tez olduğunu deyib.

"Bizim prezident seçkilərinin tarixini dəyişmək niyyətimiz yoxdur. Mən Azərbaycanda və ölkə xaricində hansı söhbətlərin getdiyini yaxşı bilirəm. Belə planlar yoxdur və buna ehtiyac görmürəm. Növbəti seçkilərə 2 il var və mənim həmin seçkilərdə iştirakımla bağlı düşünmək üçün kifayət qədər vaxtım var. Bu gün olduğu kimi xalqın dəstəyini hiss etsəm, təbii ki, bu inamı doğrultmağa çalışacam”.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər