Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-10-2016 16:22 | Bölmə: Siyasət

Azərbaycan vətəndaş cəmiyyətinin İşçi Qrupu 94 nəfərdən ibarət yeni vahid siyasi məhbuslar siyahısını açıqlayıb. Onlar arasında 6 jurnalist və bloger, 2 publisist, 1 hüquq müdafiəçisi, 5 gənc fəal, 5 siyasi partiya üzvü, 61 dindar və 3 ömürlük məhbus var.
Hesabatda ümumulikdə 139 şəxs barədə məlumat verilir. İşçi Qrup 45 nəfəri potensial siyasi məhbus kimi tanıyır. Həmin şəxslərin işləri barədə sənədlərə çatımda çətinliklər olduğundan onların adları hesabatdakı "İşləri monitorinq altında olanlar” bölməsinə daxil edilib.
Reyting.az-ın xəbərinə görə, İşçi Qrup qeyd edir ki, ölkədə siyasi məhbusların sayı əslində qat-qat çoxdur.
"Lakin ölkədə hökm sürən repressiv mühit həbs olunan çox sayda insanları işlərinin ictimailəşdirilməsindən çəkindirir. Digər problem hüquqi məlumatsızlıq, vəkillərin azlığı, xüsusilə də regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsidir”,- deyə İşçi Qrup vurğulayır.
Siyasi məhbus təsnifləndirməsi apararkən İşçi Qrup Avropa Şurası Parlament Assambleyasının 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanıb.
Xatırladaq ki, 3 oktyabr 2012-ci il tarixində AŞPA qəbul etdiyi qətnamədə beş "siyasi məhbus” meyarını müəyyən edib:
Əgər həbs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və onun protokollarında təsbit olunmuş fundamental təminatlardan hər hansı biri pozulmaqla həyata keçirilibsə;
Həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə;
saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə;
şəxs başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində saxlanılırsa, həbs aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə, saxlanılan şəxs siyasi məhbus hesab edilir.
Siyahıya 20-dən artıq hüquq müdafiəçisi, QHT rəhbəri, hüquqşunas imza atıb. (Bastainfo.com)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər