Ərdoğan Türkiyənin idarəçilik sistemini dəyişmək istəyir – AKP referenduma hazırlaşır
Tarix: 19-10-2016 15:14 | Bölmə: Siyasət


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hayati Yazıçı prezident üsul-idarəsi ilə bağlı təklifin gələn ilin yanvar ayında Böyük Millət Məclisində baxılması mümkünlüyündən danışaraq, "aprel ayında referenduma gedilə bilər”,- deyib.

H.Yazıçının sözlərinə görə, 12-15 maddəlik bir təkliflə Türkiyədə prezident üsul-idarəsi sistemi həyata keçirilə bilər.

Qeyd edək ki, hazırda Türkiyə parlament respublikasıdır. Konstitusiyaya görə, əsas səlahiyyətlər baş nazirdədir. Prezident üsul-idarəsinə keçid üçün ölkə konstitusiyası dəyişməlidir. Bundan ötrü isə Türkiyə parlamenti qanun layihəsinə ən azı 330 səs verməlidir.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər